Alpine RSL 5W-20 benzin və dizel mühərrikli minik avtomobilləri üçün nəzərdə tutulmuş məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış müasir əlavələr kompleksi cari tələbləri geridə qoyan sürtü yağının hazırlanması üçün bir araya gətirilmişdirlər. O soyuq mühərrikin asanlıqla işə salınmasını və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir. Tətbiq olunan sintetik komponentlərə xüsusi olaraq uyğunlaşdırımış və ən son texnologiya əsasında hazırlanmış aktiv maddələrin xüsusi kombinasiyası yeyilmədən, eləcə də çöküntülərin və qara çirkin əmələ gəlməsindən qorunmanı və mühərrikin mükəmməl təmizliyini təmin edir. Yanacaq sərfiyyatını azaltdığı üçün, Alpine RSL 5W-20, zərərli qazların emissiyasının azalması sayəsində, ekologiyanın qorunmasına şərait yaradır.
Alpine RSL 5W-20 xüsusi olaraq müasir benzin və dizel mühərrikli minik avtomobillərində istifadə üçün tövsiyə olunur (avtomobil istehsalçısının aşağı qatılıq dərəcəsinə malik olan yağ məhsulundan istifadəni tövsiyə etdiyi mühərriklərdə).