Dəri Təmizləyicisi (Leather Cleaner) — avtomobilin dəri salon hissələrinin və onların ayrı-ayrı elementlərinin (oturacaqlar, sükan örtükləri və s.), motosiklet oturacaqlarının, dəri mebellərin və digər hamardəri məmulatlarının effektiv təmizlənməsi və qulluq üçün xoş qoxulu xüsusi vasitədir.
Xüsusiyyətləri:
Əksər çirkləri effektiv şəkildə təmizləyir, dərinliyə nüfuz edən aktiv maddələr sayəsində dərinin strukturunu möhkəmləndirir;
Elastikliyi bərpa edir, dəri səthlərinin deformasiyasının, çatlamasının və qurumasının qarşısını alır;
Səthi sürüşkən və ya yapışqan etmədən suya davamlı qoruyucu təbəqə yaradır;
Boya maddələri tərkibində yoxdur və istənilən rəngdə dəri məmulatları üçün uyğundur;
Qızdırılan oturacaqları və məsaməli dəri səthləri olan avtomobillər üçün idealdır;
Günəş işığında dərinin solmasının qarşısını alan UV filtri tərkibindədir.
Tətbiqi:
İstifadədən əvvəl balonu yaxşıca çalxalayın. Vasitəni təmizlənəcək səthə püskürədin, sonra təmiz parça və ya süngər vasitəsilə dairəvi hərəkətlərlə, çox güc tətbiq etmədən bərabər şəkildə yayın. İstədikdə, bir müddət sonra səthi 9814 MANNOL Micro Fiber Polish və ya təmiz parça ilə cilalamaq olar. Daimi istifadə dərinin optimal qorunmasını və mükəmməl görünüşünü təmin edir. İstifadədən əvvəl məhsulun materialla uyğunluğunu səthin kiçik, diqqətdən kənar hissəsində yoxlayın.