Bu məqalə avtoparkda yeni işə başlamış mühəndis və mexaniklər üçün faydalı bir materialdır.
***Məqalədə qeyd olunan hallar iş həyatımda rastlaşdığım hadisələrdən götürülüb və heç bir kütləyə qarşı təxribat xarakteri daşımır.
Nəqliyyat və ağır texnikalar parkında yanacaq oğurluğu ən populyar oğurluq növüdür.Buna səbəb 90% işçi kontinqentinin oğurluğa meylli olmasındır.Gəlin yanacaq oğurluğu edən yoldaşı şərti olaraq Murad adlandıraq və Muradın hərəkətlərini incələyək.
Mənim fikrimcə yanacaq satmayan Murad yoxdur və olmayacaq.Murad bir şirkətdə yanacaq sata bilmirsə mütləq başqa şirkətdə satıb ya da gələcəkdə satacaq.Murad işə qəbil olunduqda alacağı maaşın üstünə mütləq satacağı yanacağın da məbləğini gəlir və toplam gəlirini öz beynində çox yaxşı hesablayır.Bu bizneslə məşğul olanlar gündəlik siqaret,telefon,yemək xərclərini satdıqları yanacaqla çıxardıb aylıq maaşlarını da evə aparırlar.Hesab edirəm ki,yanacaq oğurluğu məsələlərində Murad həmişə mexanik heyətindən bir addım öndədir.Ən məsum görünən Murad belə yanacaq satmağa qadirdir və 99% hallarda bunu edir.
Murada yanacaq satmağa imkan verən hallar var:
1) Əraziyə çıxmaq imkanı-Murad mümkün qədər çalışacaq ki nəzarətdən uzaq işləsin.Əks halda yanacaq satmaq ya çətindir ya da mümkünsüz.
2) Yanacaq hesabatı aparan işçi ilə yaxın əlaqələr-Murad çalışacaq bir qutu siqaretə bu adamı ələ alsın.Üstüörtülü bir qarmaq atacaq.
3) Nasaz texnika-Murad yanacaq satdığı üçün sizə tez-tez texnikanın köhnəliyindən və nasazlığından şikayət edəcək.Bu onun “sığortasıdır”.Hesabat vaxtı sərfiyyat çox çıxarsa Murad deyəcək ki,mən əvvələdən demişdim ki texnika yanacağı çox işlədir.
4) Çənin dibindəki zibil sistemə gedir-Murad bunu bəhanə edib həmişə çalışır ki yanacağı artıq götürsün.
5) Yanacaq çənində 100 litr qalanda sistem hava çəkir-Bu da Muradın artıq yanacaq götürmək üçün başqa bir bəhanəsidir.Çox olub ki,Murad qəsdən sistemə hava salıb və mexaniki müdriyyət qarşısında pis duruma salıb.Mexanik məcbur gələn dəfə yanacaı çox verməli olur.Bu da Muradın qurduğu uğurlu taktikanın nəticəsidir.
6) Spidometrin və yaxud motosaat sayğacının xarab olması-Murad həmişə kilometraj göstəricisini xarab edir.Mexanik düzəldir,Murad xarab edir.Xarab edə bilmirsə göstəricini qabağa çəkir.Bu məsələ ağır məsuliyyətlidir.Göstərici qabağa çəkiləndə yürüş artır deyə texnika “köhnəlir” və yağdəyişmə intervalı azalır (ikiqat xərc).
7) Yanacaq çəninin qapağının xarab olması-Murad bir yoldaşla danışıb çəni gecə açıq qoyub evə gedəcəyini və çəndəki yanacağı 50/50 bölünməsi prinsipi ilə razılaşan bir tipdir.Yoldaş gecə gəlib öz işini görüb gedəcək.Murad da əli təmiz,ayağı təmiz öz pulunu götürəcək.
8) Mühafizə-Çox vaxt pay sahibi olmaqla yanacaq biznesindən xəbərdar olur.
9) Rayon və kəndlərdə şəxsi texnikası olan adamlar-Bu yoldaşlar həmişə ərazidə çalışan şirkətlərdə işləyən Muradla tanış olub iş birliyi qururlar.
10) Nasaz GPS-lər-Muradın bir fırıldağı varsa mütləq GPS-in qoruyucusunu çıxaracaq ya da yandırıb yerinə qoyacaq.
Azərbaycanda ağır texnikanın dövlət qeydiyyatına alınması prosesi müəyyən qaydalar və tələblər əsasında həyata keçirilir. Bu prosesin məqsədi ağır texnikanın qanuni istifadəsini təmin etmək və nəqliyy...
Ətraflı oxuAğır texnikalar və maşınlar üçün düzgün yağ seçimi onların effektiv işləməsi və uzun ömürlü olması üçün həlledici əhəmiyyət daşıyır. Bu texnikalar yüksək yüklərə və sərt iş şəraitlərinə məruz qaldığı...
Ətraflı oxuAdətən biz texnikaları uzun müddət istifadə etmək üçün alırıq.Bu səbəbdən ilk öncə bilməliyik ki bizim işimizin parametrlərinə hansı və necə texnika cavab verir. Forkliftə aid olan parametrlər:1)...
Ətraflı oxuBu məqalə avtoparkda yeni işə başlamış mühəndis və mexaniklər üçün faydalı bir materialdır.***Məqalədə qeyd olunan hallar iş həyatımda rastlaşdığım hadisələrdən götürülüb və heç bir kütləyə qarşı təxr...
Ətraflı oxuAğır texnika almaq böyük bir sərmayə tələb edən bir prosesdir. Əgər bu prosesi düzgün idarə etməsəniz, ciddi maliyyə itkiləri və əməliyyat problemləri ilə qarşılaşa bilərsiniz. Aşağıda ağır texnika al...
Ətraflı oxuDizel mühərriklərinin baxımı və yanacaq səmərəliliyi: Uzunömürlü və effektiv istismar üçün vacib məlumatlarDizel mühərrikləri ağır texnika, yük avtomobilləri və kənd təsərrüfatı avadanlıqları üçün eti...
Ətraflı oxuAğır texnika tikinti, mədənçilik, kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə mühüm rol oynayır. Bu texnikanın idarə olunması və texniki baxışı xüsusi bilik, bacarıq və təhlükəsizlik qaydalarına riay...
Ətraflı oxu