Adətən biz texnikaları uzun müddət istifadə etmək üçün alırıq.Bu səbəbdən ilk öncə bilməliyik ki bizim işimizin parametrlərinə hansı və necə texnika cavab verir.
Forkliftə aid olan parametrlər:
1) Qabarit ölçüləri və dönmə radiusu-Texnika anbarın daxilində hərəkət edirsə ilk öncə qabarit ölçüləri nəzərə alınmalıdır.Dönmə radiusu və qabarıtlər nə qədər kiçik olarsa o qədər yaxşıdır.
2) Yükləmə ağırlığı-Anbarlarda orta yükləmə ağırlığı 2-3 tondur.Yüklərinizin ağırlığı 2 tonu aşmırsa 3 tonluq forklift sizin işinizə yarayar.Buna görə 5 tonluq forkliftə gərək yoxdur.
3) Yükləmə hündürlüyü-Adətən maksimal yükləmə hündürlüyü 5 m-dən artıq olmur.
4) Sideshift-Forkliftin çəngəllərinin sağa-sola hərəkəti
5) Çəngəllərin uzunluğu-Standart uzunluq 1,2-1,5 m olur.Əlavə uzunluq almaq üçün artırmalardan istifadə olunur.
6) Əgər xüsusi bir vaciblik yoxdursa sadə mühərrikli,sadə sistemli texnikalara üstünlük verin.Elektronikanın,sensorların çoxluğu hər zaman əlavə xərclər və əlavə problemlər yaradır.
Satıcıya aid olan göstəricilər:
7) Ehtiyat hissələr-Texnikalar aşındıqca ehtiyat hissələr lazım olur.O səbəbdən ehtiyat hissələrin tapılan olması və qiyməti vacib şərtdir.Əgər aldığınız texnikanı satan şirkətdə ehtiyat hissələr anbarı yoxdursa o zaman bu sizə gələcəkdə problemlər yaradacaq.
8) Təmir məsələləri-Aldığınız texnikanın həmişə təmirçiləri haqda maraqlanın.Əgər satılan texnikanın ustaları yoxdursa və ya təcrübəsizdirlərsə bu sizə gələcəkdə problem yaradacaq.
9) Zəmanət-Zəmanət müddətinə mütləq önəm verin.Zəmanət şərtlərini incələyin.
10) Qiymət-Bu texnika alarkən son incələyəcəyiniz göstəricidir.Ən əsası aldığınız texnikanın sizin işinizə uyğunluğudur.Unutmayın ki,texnika ətrafında gedən bütün proseslər (icarə,satış,sifarişlə görülən işlər,ehtiyat hissələr və təmir) həmişə yüksək dəyərli işlərdir.
Azərbaycanda ağır texnikanın dövlət qeydiyyatına alınması prosesi müəyyən qaydalar və tələblər əsasında həyata keçirilir. Bu prosesin məqsədi ağır texnikanın qanuni istifadəsini təmin etmək və nəqliyy...
Ətraflı oxuAğır texnikalar və maşınlar üçün düzgün yağ seçimi onların effektiv işləməsi və uzun ömürlü olması üçün həlledici əhəmiyyət daşıyır. Bu texnikalar yüksək yüklərə və sərt iş şəraitlərinə məruz qaldığı...
Ətraflı oxuAdətən biz texnikaları uzun müddət istifadə etmək üçün alırıq.Bu səbəbdən ilk öncə bilməliyik ki bizim işimizin parametrlərinə hansı və necə texnika cavab verir. Forkliftə aid olan parametrlər:1)...
Ətraflı oxuBu məqalə avtoparkda yeni işə başlamış mühəndis və mexaniklər üçün faydalı bir materialdır.***Məqalədə qeyd olunan hallar iş həyatımda rastlaşdığım hadisələrdən götürülüb və heç bir kütləyə qarşı təxr...
Ətraflı oxuAğır texnika almaq böyük bir sərmayə tələb edən bir prosesdir. Əgər bu prosesi düzgün idarə etməsəniz, ciddi maliyyə itkiləri və əməliyyat problemləri ilə qarşılaşa bilərsiniz. Aşağıda ağır texnika al...
Ətraflı oxuDizel mühərriklərinin baxımı və yanacaq səmərəliliyi: Uzunömürlü və effektiv istismar üçün vacib məlumatlarDizel mühərrikləri ağır texnika, yük avtomobilləri və kənd təsərrüfatı avadanlıqları üçün eti...
Ətraflı oxuAğır texnika tikinti, mədənçilik, kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə mühüm rol oynayır. Bu texnikanın idarə olunması və texniki baxışı xüsusi bilik, bacarıq və təhlükəsizlik qaydalarına riay...
Ətraflı oxu