Bardahl Karbürator Təmizləyici karbüratorda yaxud inyeksiya (yanacaq nasos) sistemində yaranmış konkret problemləri aradan qaldırmaq üçün nəzərdə tutulur: standarta uyğun olmayan neytral rejimdə işləmə, standarta uyğun olmayan həddə sürət artırma, çətin işə düşmə, yanacaq sərfiyyatının artması, çirklənmə (çıxış tüstüsü və qaz). Hissələrin demontaj olunması tələb olunmur. Tərkibində qurğuşun və kükürd yoxdur.
XÜSUSİYYƏTLƏRİ:
Bardahl Karbürator təmizləyici aşağıdakı xüsusiyyətlərə malikdir: • İstənilən növ çöküntünü parçalayır və kənarlaşdırır (lak, kley, saqqız). • Sürətyığmanı bərpa edir. • Standarta uyğun olmayan neytral rejimdə işləmə problemlərini aradan qaldırır • Gücu və tez-reaksiyavermə qabiliyyətini artırır. • Yanacaq sərfiyyatını aşağı salır • Qara tüstü və çıxış qazların miqdarını azaldır • Karbüratora heç bir ziyan vermir. • Karbüratoru daxildən və xaricdən yaxşıca təmizləyir.
İSTİFADƏSİ ÜÇÜN TƏLİMATLAR:
Xaricdən təmizləmə: Mühərriki söndürün, məhlulu karbüratorun xarici səthinə püskürdün, iki dəqiqə gözlədikdən sonra mühərriki işə salmadan sıxılmış hava ilə qurulayın. Daxili təmizləmə: hava filtrini çıxarın, mühərriki işə salın, bütün çöküntülər təmizlənənə qədər məhlulu hava giriş siyirtməsindən karbüratorun hissələrinin üzərinə püskürdün (tənzimləyici klapan, ucluqlar, axın sayğaclarının hissələri, hava giriş klapanı…). İlişmənin (pərçimlənmənin) qarşısını almaq üçün eyni anda sürəti təkrar-təkrar yığmaq lazımdır. İstifadədən sonra yaxşıca havalandırma tələb olunur.