Tekstil Köpüyü — tekstil səthləri üçün yüksək effektiv təmizləyici köpükdür. Avtomobil salonundakı tekstil hissələrdən (oturacaqlar, qapılar və s.), mebel üzlüklərindən, xalçalardan, parçalardan və s. müxtəlif çirkləri təmizləyir.
Xüsusiyyətləri:
Təbii rəngi bərpa edir, parça və xalça materiallarının ilkin görünüşünü qaytarır, tükləri qaldırır, xoşagəlməz qoxuları aradan qaldırır və avtomobilin havasını təravətləndirir;
Antistatik xüsusiyyətləri sayəsində təkrar çirklənmənin qarşısını alır.
Tətbiqi:
Balonu yaxşıca çalxalayın. Yalnız ləkəni deyil, bütün oturacağı və ya məmulatı tam şəkildə emal etməyiniz tövsiyə olunur. Köpüyü çirklənmiş tekstil səthinə püskürədin və dəstdəki süngərlə ovuşdurun. İstifadədən sonra süngəri bir neçə dəfə yaxalayın və emal olunmuş səthi onunla və ya təmiz, nəm parça ilə silin. Lazım gələrsə, proseduru təkrarlayın.