Alpine Special R 5W-30 məhsuldarlığı artıran və sürtünməni azaldan hidrokrekinq texnologiyası ilə alınan sintetik mühərrik yağıdır. Bu məhsulun tərkibində kükürd, kül və fosfor aşağı səviyyədədir (aşağı SAP-tərkibli). Ən müasir texnologiya sintezi ilə alınan baza yağları və onlara uyğunlaşdırılmış effektiv əlavələr kompleksi sulfat külünü azaltmağa və mühərrikin yeyilmədən qorunmasını və mükəmməl təmizliyini təmin edirlər. Soyuq mühərrikin əla işə salınma keyfiyyətini və etibarlı yağlanmasını təmin edir. Məhsul ekstremal yüklənmələr və yüksək temperatur şəraitində etibarlı müdafiəni təmin edir.
Alpine Special R 5W-30 istənilən əməliyyat şəraitində tətbiq oluna bilər və zərərli qazların emissiyasının azalması sayəsində ekologiyanın qorunmasına şərait yaradır.
Alpine Special R 5W-30 xüsusi olaraq his filtrli (DPF) Renault dizel mühərrikləri üçün yaradılmışdır. 2.2dCi / G9T mühərriki istisna olmaqla! Alpine Special R 5W-30 işlənmiş qazların neytrallaşdırılması sistemlərinin istismar müddətini artırır və onların effektivliyini yaxşılaşdırır.