Pnevmatik Əyləc Sistemləri üçün Antifriz
Alifatik spirtlər və antikorroziya əlavələri əsasında hazırlanmışdır.
Əyləc şlanqlarında, reseverlərdə və pnevmatik əyləc sisteminin digər hissələrində buz kristallarının əmələ gəlməsinin qarşısını alır;
Pas və korroziyadan etibarlı qoruma təmin edən xüsusi komponentlər tərkibindədir;
Klapanları və əyləc paylayıcılarını aktiv şəkildə yağlayır, onların təmiz qalmasını təmin edir;
Rezin contaların bərkiməsinin qarşısını alır;
Kondensatı və nəmi etibarlı şəkildə bağlayaraq əyləc sisteminin sabit işləməsini və hər iqlim şəraitində təhlükəsiz istismarını təmin edir.
Tətbiq:
Rütubət təmizləyici çənlə təchiz olunmuş pnevmatik əyləc sistemləri üçün nəzərdə tutulmuşdur. Bütün növ nəqliyyat vasitələri üçün uyğundur — minik avtomobilləri, yük maşınları, ofroud (tikinti, mədən, kənd təsərrüfatı) və xüsusi texnika.
Əyləc sistemi istehsalçısının istismar təlimatında göstərilən tövsiyələrə əməl edin.