Tam sintetik PAG soyuducu yağı – poli(al-kilen qlikol) (PAG) əsaslı tam sintetik yağdır. Kondisioner kompressorlarının və soyutma sistemlərinin yağlanması, möhürlənməsi və soyudulması üçün nəzərdə tutulub. R134a soyuducu qazları ilə qarışa bilir.
Ən qabaqcıl kompressor və soyutma sistemi istehsalçılarının tələblərinə uyğun hazırlanıb.
Məhsulun xüsusiyyətləri:
Əla yağlama qabiliyyəti;
Kompressoru effektiv şəkildə soyudur;
Möhürlərin deformasiyasının qarşısını alır.
Bütün növ avtomobillərin, yük maşınlarının, ofroud (tikinti, mədən, kənd təsərrüfatı) və xüsusi texnikaların kondisioner sistemlərində istifadə üçün nəzərdə tutulub.
Tətbiq qaydası:
İstismar təlimatında istehsalçının göstərişlərinə əməl edin;
Təmir və montaj zamanı möhürlərin səthinə fırça ilə yağ çəkin;
Yağ əlavə edərkən və ya dəyişdirərkən xüsusi nozzle istifadə edin;
İstifadədən sonra qabı möhkəm bağlı vəziyyətdə saxlayın.
Vacibdir:
Avtomobil kondisioner kompressorları yalnız müəyyən tip yağlardan istifadə etməlidir.
1996-cı ildən istehsal olunan kondisionerlərin əksəriyyəti R134a soyuducu qazı ilə işləyir və PAG yağı tələb edir.
Yanlış yağ növü və ya viskozluq kompressorun sıradan çıxmasına səbəb ola bilər.
Yeni kompressorların zədələnməsinin əsas səbəbi, adətən, uyğunsuz və ya kifayət qədər olmayan soyuducu (kompressor) yağıdır.